İşğalçı İsrailin Qahirədəki səfirliyi yenidən öz işini bərpa etdi

Maide.az Əl-Ərəbiyyəyə istinadən məlumat verir ki, Sionist İsrail rejiminin Xarici İşlər Nazirliyi ötən gün bəyanat yayaraq elan edib ki,  bu gündən (ötən gündən) sionist rejimin Qahirədəki səfirliyi öz işini bərpa edib. 
Qeyd edək ki, Misirdə Mübarək rejiminin devrilməsi və hakimiyyətin Silahlı Qüvvələrin Ali Hərbi Şuraya təqdim edilməsindən sonra Misirdəki sionist İsrail rejiminin səfirliyi bağlanmışdı. 
Sionist İsrail rejiminin səfirliyinin əməkdaşları Misiri tərk etmişdi. Misir və sionist rejim arasında münasibətlər 2013-cü ildə Misirin hazırkı  prezidenti Abdel Fattah el-Sisinin başçılığı ilə silahlı qüvvələr Məhəmməd Mörsi hakimiyyətini devirdikdən sonra yaxşılaşmağa başlayıb. Sionist rejim iddia edir ki, Misirlə sıx əməkdaşlıq edir. /
 

Google+ WhatsApp ok.ru