İraqda qarşıdurma: 32 ölü

İraqın müxtəlif bölgələrində baş verən partlayışlar və münaqişələrdə 9-u mülki, 1-i polis, 5-i könüllü və 17-si İŞİD terror təşkilatı üzvü olmaq 32 nəfərin öldüyü, 7-si könüllü olmaqla 19 nəfərin yaralandığı bildirilib.
 
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Əbu Qureyb bölgəsində bir bombanın partlaması nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Əl-Meamil bölgəsində yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində isə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Yeni Qahirə bölgəsində isə silahlı şəxslərin hücumuna məruz qalan 2 nəfər həyatını itirib.
 
Əş-Şab bölgəsində isə patrul xidməti çəkən təhlükəsizlik qüvvələri bədənlərində bıçaq zərbələri olan 2 qadın cəsədi tapıb.
 
Digər tərəfdən Ənbar Əməliyyat Komandanlığından general-mayor Camal Əd-Dileymi verdiyi açıqlamada, Haşdi Şabi və İraq ordusu ilə İŞİD terrorçuları arasında Fəllucənin Ən-Naimiyyə bölgəsində baş verın qarşıdurmada 5 könüllü ilə 17 İŞİD terrorçusu ölüb, 7 könüllü yaralanıb.

Google+ WhatsApp ok.ru