İşğalçı İsrail kəşfiyyat xidmətinin rəhbəri Bəhreynə səfər edib

İşğalçı İsrail kəşfiyyat xidmətinin rəhbəri Bəhreynə səfər edib

Mossad şefi Yossi Kohenin Manamaya səfər edərək Bəhreyn təhlükəsizlik orqanlarının rəsmiləri ilə danışıqlar apardığı bildirilir.

 
Maide.Az xəbər verir ki, Bəhreyn dövlət xəbər agentliyi səfərin çərşənbə günü baş tutduğu barədə məlumat verib.
 
Məlumatlara görə, Yossi Kohen, Bəhreyn Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Adil bin Xəlifə əl-Fazil və Strateji Təhlükəsizlik Xidmətinin rəhbəri Şeyx Əhməd bin Əbdüləziz əl-Xəlifə ilə görüş keçirib.
 
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edərək, Bəhreyn və İsrail arasında imzalanan sülh sazişinin əhəmiyyətini, onun bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsindəki rolunu və iki ölkə arasında əməkdaşlıq üçün zəmin yaradılmasının vacibliyini vurğulayıblar.
 

Google+ WhatsApp ok.ru