Səudiyyə Ərəbistanı Türkiyədən gələn malların girişini məhdudlaşdırıb

Səudiyyə Ərəbistanı Türkiyədən gələn malların girişini məhdudlaşdırıb

Səudiyyə Ərəbistanın Türkiyədən gələn malların girişinə mane olduğunu söyləyən türk şirkətləri regional güclər arasındakı siyasi gərginliyin ticarətə getdikcə daha çox yayıldığını iddia edir.
 
"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, məsələ ilə tanış olan Türkiyə rəsmisi bildirib ki, ölkənin bu məsələ üzrə Dünya Ticarət Təşkilatına (WTO) müraciəti istisna edilmir.
 
Türkiyənin "Gulsan Transport" logistik şirkətinin rəhbəri Kemal Gül bildirib ki, COVID-19 pandemiyası Səudiyyə Ərəbistanı üçün Türkiyədən gələn malların girişini məhdudlaşdırmaq üçün bir bəhanə idi. Onun sözlərinə görə, İran və ya İraqla bu cür problemlər yaşanmır və hazırda Səudiyyə Ərəbistanının dəniz nəqliyyatına da mane olacağı gözlənilir.
 
Eyni zamanda, Milli Nəqliyyat Birliyinin İdarə Heyətinin üzvü K. Gül bu məsələ ilə bağlı Türkiyənin digər logistika şirkətlərindən də tez-tez şikayət aldığını deyib.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu ilin yanvar-avqust aylarında Türkiyədən ümumi dəyəri 1,91 mlrd. ABŞ dolları təşkil edən xalça, tekstil, kimyəvi maddələr, taxıl, mebel, polad və s. məhsullar idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% azdır.
 

Google+ WhatsApp ok.ru