İşğalçı İsrail rejim bələdiyyəsi müsəlman qəbiristanlığı üzərində yəhudilər üçün bina tikmək istəyir

İşğalçı İsrail rejim bələdiyyəsi müsəlman qəbiristanlığı üzərində yəhudilər üçün bina tikmək istəyir

İsraildə nəşr olunan "Haaretz" qəzeti Təl-Əviv Bələdiyyəsinin 1948-ci ildə işğal edilmiş torpaqlardakı Yaffa şəhərində müsəlmanlara aid qəbiristanlıq üzərində tikinti aparmağa hazırlaşdığını yazıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bələdiyyənin Osmanlılar dövründən qalma tarixi qəbiristanlıq üzərində evsiz yəhudilər üçün 3 mərtəbəli bina inşa edəcəyi irəli sürülüb.
 
Yaffadakı İslam Heyətinin İsrail Ali Məhkəməsinə müraciət edərək, qərara etiraz etdiyi vurğulanıb. Bundan sonra bələdiyyənin layihəni təxirə salmaq məcburiyyətində qaldığı bildirilib.
 
Qəzet Təl-Əviv Bələdiyyəsinin sözügedən sahədə ötən həftə işə başladığını yazıb.
 
İşlər zamanı içərisində insan sümükləri olan onlarla məzarın ortaya çıxdığı bildirilib.
 
Məzarların çıxmasından sonra Yaffa əhalisinin reaksiya göstərdiyi, bələdiyyənin reaksiyalara görə işi dayandırdığı qeyd edilib.
 
İslam Heyəti vəkili Rəmzi Küteylat müsəlman qəbiristanlığı üzərində tikinti aparılmasının hüquqa zidd olduğuna diqqət çəkib.
 
Küteylat İsrail bələdiyyəsinin və təbiəti qoruma idarəsinin müsəlmanların hisslərinə qəsdən toxunduğunu deyib.
 

Google+ WhatsApp ok.ru