`Altılıq` ölkələri və İranın XİN rəhbərlərinin görüşünün tarixi açıqlanıb

İranın nüvə proqramı üzrə "altılıq" dövlətlərinin (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Çin ) xarici işlər nazirləri ilə rəsmi Tehran nümayəndələri arasında görüş iyunun 25-30-da keçiriləcəck.
 
Bunu Rusiya xarici işlər nazirinin müavinin Sergey Ryabkov deyib.
 
Nazir müavini bildirib ki, görüş iyunun 25-də başlayacaq və danışıqların başa çatması üçün müəyyənləşdirilən son tarix olan 30 iyuna qədər davam edəcək. 
 
Onun sözlərinə görə, mütəxəssislər və diplomatlar yekun razılaşma sənədinin hazırlanması üçün fasiləsiz işləyirlər: "Faktiki olaraq, danışıqlar fasiləsiz rejimdə davam edir. Nümayəndə heyətləri Vyanadadır. Onlar iyunun sonu, ola bilsin iyulun əvvəlinədək orada qalsınlar. Ancaq mən əminəm ki, bütün işlər iyunun 30-dək başa çatacaq".
 
Qeyd edək ki, iyunun 30-da İranın nüvə proqramı ilə bağlı yekun sənəd imzalanmalıdır.

Google+ WhatsApp ok.ru