Nyu-Yorkda kobudluq əleyhinə aksiya keçirilib

Nyu-York əhalisi ölkədə kobudluqların artmasına etiraz olaraq aksiya keçirib.
Maide.az xəbər verir ki, Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Nyu-York əhalisi cümə axşamı küçələrə axışaraq, hər gün artmaqda olan zorakılıqlar və kobudluqların qarşısının alınmasını istəyib. 
Nyu-York əhalisi Cənubi Karolina Ştatında bir kilsədə baş vermiş silahlı insidenti pisləyərək, qaradərililərə qarşı polis zorakılığının durdurulmasını tələb ediblər.
Bir qrup şəhər əhalisi də Nyu-Yorkun Manhetten məntəqəsində bir araya gələrək, polis və ağdərililər tərəfindən törədilən zorakılıqlar nəticəsində həyatını itirən qaradərililərin ailələri ilə öz həmrəyliklərini elan ediblər. 
Çərşənbə günü ABŞ-ın Cənubi Karolina Ştatında, Çarlston şəhərində qaradərililərə məxsus kilsədə baş vermiş silahlı insident zamanı 9 nəfər həyatını itirib. Hadisə bir ağdərili gənc tərəfindən törədilib.
Çarlston kilsəsində baş verən insident zamanı həyatını itirənlərdən biri də afroamerikalı senator Klementa Pinknidir./

Google+ WhatsApp ok.ru