Al Xəlifə rejim qüvvələri Bəhreyndə mitinq iştirakçılarına hücum edib

Al Xəlifə rejim qüvvələri Bəhreyndə mitinq iştirakçılarına hücum edib

Ali Xəlifə rejim qüvvələri Bəhreyn şəhidlərinin ildönümü münasibətilə  ölkənin müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarına hücum ediblər. 
 
Maide.Az xəbər verir ki,   Bəhreynin  “meraatnews” xəbər saytının məlumatına görə,  bu gün Bəhreynin Əbu Səbie, Sətərə və digər bölgələrində 17 dekabr hadisələrinin şəhidlərinin ildönümü münasibətilə etiraz mitinqləri keçirilib. 
 
Ali Xəlifə rejim qüvvələri etiraz aksiyalarını dağıtmaq üçün  plastik güllələr və gözyaşardıcı qazdan istifadə ediblər. 
 
Qeyd edık ki, 2011-ci ildən Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı xalq etiraz aksiyalarına start verib və o vaxtanda etibarın aksiyaçılar ölkədə ədalətin bərpasına çalışırlar. Müxtəlif zamanlarda  insanlar dinc aksiyalar keçirərək siyasi məhbusların azadlığını tələb edirlər. 
Səudiyyə Ərəbistan, BƏƏ və Ali Xəlifə rejiminin repressiv tədbirlərinin davam etdirilməsinə baxmayaraq Bəhreyn xalqı 6 ildir ki, etiraz aksiyalarını təşkil edirlər. 
 
Bəhreyn xalqı hər il dekabr ayının 17-də  90-cı illərdə baş vermiş intifadə şəhidlərinin xatirəsini yad edirlər. 
 

Google+ WhatsApp ok.ru