İslami Məzhəblərarası Yaxınlaşma Komitəsinin ilk baş katibi Ayətullah Vaezzadə vəfat edib

İslami Məzhəblərarası Yaxınlaşma Komitəsinin ilk baş katibi Ayətullah Vaezzadə vəfat edib

"İnna lillah və inna ileyhi raciun"
 
İslami Məzhəblərarası Yaxınlaşma Komitəsinin ilk baş katibi, bu komitənin  Ali Şurasının üzvi Ayətullah Məhəmməd Vaezzadə Xorasani 91 yaşında vəfat edib. 
 
Maide.Az xəbər verir ki,  mərhum ayətullah Vaezzadə  1925-ci ildə Məşhəd şəhərində dünyaya gəlib.  Öz dini təhsilini Nəcəf dini elmi hövzəsində alıb və daha sonra Qum və Məşhəd dini hövzələrində davam etdirib. 
 
Ayətullah Vaezzadə 1960-cı ildən Məşhəd şəhərinin Firdovsi adına Universitetində  Quran təfsiri, fiqh, hədis tarixi,  islam elmləri tarixi, fəlsəfə , kalam və digər sahələrdə dərs deyib.
 
O, 1990-cı ildə Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin hökmü ilə İslami Məzhəblərarası Yaxınlaşma Komitəsini baş katib təyin olunub. 2001-ci ilədək bu vəzifədə çalışıb. 
 
Allah rəhmət eləsin!
 

Google+ WhatsApp ok.ru