Alyaskada tezliklə ilk məscid açılacaq

Alyaskada bir neçə ildir tikilməkdə olan məscid demək olar ki, hazırdır.

Maide.az xəbər verir ki, məscid Ankoric şəhərində, kilsə yaxınlığında yerləşir.

Sem Ubeydi şəhərinin İslam Mərkəzinin vitse-prezidenti bir neçə həftə öncə jurnalistləri məsciddə gedən işlərlə tanış etmiş və məscidin tezliklə istifadəyə veriləcəyinə ümid etdiyini bildirmişdir.

Məscidin tikilməsinə ABŞ müsəlmanları 2 milyon dollar məbləğ toplayıblar. Lakin 2 minarənin  və ibadət zalının tikintisini tamamlamaq üçün hazırda daha 1 milyon dollara ehtiyac var.

Məsciddə məktəb və kitabxanada fəaliyyət göstərəcək.//

Google+ WhatsApp ok.ru