Bəhreyndə zülm davam edir

Bəhreyndə təhlükəsizlik qüvvələri dinc nümayiş keçirən vətəndaşlara qarşı gözyaşardıcı qaz istifadə edərək müdaxilə göstərib, hadisələrdə bir neçə Bəhreynli yaralanıb.
 
Maide.az xəbər verir ki, Bəhreynli mənbələrin məlumatına görə, Bəhreynin müxtəlif yerlərində rejim əleyhinə aksiyalar davam edir. Bəhreyn bayrağını daşıyan nümayişçilər konstitusion hüquqlarının reallaşmasını istəyirlər.
 
11 dekabrdan 17 dekabra qədər davam edəcək "Şəhidlər Həftəsi" münasibətilə keçirilən mitinqlər ölkədə getdikcə böyüyür.
 
Ölkənin müxtəlif yerlərində keçirilən aksiyalarda demokratik rejimin qurulmasını istəyən nümayişçilər, qanuni haqlarını tələb edirlər.
 
Əl-Vəd Cəmiyyətinin baş katibi Rəzi Musəvi Ali Xəlifə rejiminin təzyiq cəhdlərini pisləyərək, dinc nümayişlərin davamına təkid edir.

Google+ WhatsApp ok.ru