Şamaxıda sel gölü dağıdıb, 15 ton balıq tələf olub, külək və dolu kəndlərdə fəsadlar törədib 15 İyul 2020 14:11 Hadisə Güclü leysan yağışlar, sel, külək və dolu Şamaxıda fəsadlar törədib. APA-nın yerli bürosunun xəbərinə görə, leysan yağışlar nəticəsində rayon ərazisindən keçən Acıdərə çayına güclü sel gəlib. Həmin çaydan qidalanan və süni yaradılmış balıqçılıq gölünün bəndi uçub və suyun daşması nəticəsində ətraf kəndlərin meyvə bağlarını, həyətyanı sahələri və yolları su basıb. Gölün dağılması nəticəsində kəndlərə 3 saat su axıb, balıqçılıq gölündə su tamamilə azalıb. Göldə 15 tona yaxın müxtəlif balıq növü saxlanılırmış. Hadisə nəticəsində bütün balıqlar tələf olub. Sel suları Qobustan rayonunun Təsi, Şamaxı rayonunda Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sıradan çıxarıb. Çıraqlı-Acıdərə yolu sel səbəbindən 5-6 saat bağlı olub, nəticədə sürücülər yolda qalıb. Bəzi insanlar yolu piyada getmək məcburiyyətində qalıblar. Gölün yaxınlığında yerləşən meyvə ağacları taxıl sahələri və əkin sahələrinin suvarılmasını təmin edən borular da istifadəyə yararsız hala düşüb. Sakinlərin sözlərinə görə bir neçə inəyi də sel aparıb. Həmçinin, güclü külək, dolu və leysan yağışı Şamaxının Çöl Göylər kəndində bir sıra fəsadlar törədib. Belə ki, kənddə bəzi evlərin dam örtüyü dağılıb, elektrik dirəkləri aşıb, naqillər qırılıb, əhaliyə elektrik enerjisinin verilişi dayanıb, meyvə-tərəvəz məhsulları tələf olub. Teqlər : #Şamaxıda,#sel,#gölü,#dağıdıb,#ton,#balıq,#tələf,#olub,#külək,#və,#dolu,#kəndlərdə,#fəsadlar,#törədib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qobustanda yağan leysan yağışlar bir sıra fəsadlar törədib Gəncədə güclü yağış fəsadlar törədib Hadisə Küveytdə neft emalı zavodunda yanğın baş verib Bu il Azərbaycanda 1 171 yol qəzası olub, 504 nəfər ölüb Aeroport yolundakı qəzada 21 yaralı, 5 nəfər həyatını itirib - YENİLƏNİB Lerik-Kəlvəz yolunda avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub - FOTO - YENİLƏNİB Livanda neft anbarında yanğın olub Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var Yaponiyada zəlzələ nəticəsində 52 nəfər xəsarət alıb Pakistanda zəlzələ zamanı azı 20 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb Yaponiyada zəlzələ olub, xəsarət alanlar var Peyğəmbərin karikaturalarının müəllifi maşında yanaraq kül oldu - FOTO/VIDEO Venesuelada neft kəməri partlayıb Ekvador həbsxanasında toqquşmada ölənlərin sayı 100-ü keçib Kanadada mədən qəzası olub, 39 işçi yerin altında qalıb Yunanıstanda güclü zəlzələ olub - Ölən və yaralananlar var Əfqanıstanda partlayış olub, ölənlər var Leysan yağışlar Balakən və Zaqatalada infrastruktura ziyan vurub Batumini su basıb - FOTO Ukrayna Prezidentinin baş müşavirinə sui-qəsd cəhdi olub Dağıstanda hoteldə güclü yanğın olub: Ölən və xəsarət alanlar var - VIDEO Kanar adalarındakı vulkan 100-dən çox evi yandırıb Rusiyada universitetdə atışmada 8 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB-4 - VİDEO Rusiyada universitetdə atışmada 8 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB-4 - VİDEO Daşkəsənə dolu düşüb, elektrik kəsilib, nəqliyyatın hərəkəti çətinləşib Bakıda ağaclıq ərazidə yanğın başlayıb Yeni Zelandiyada helikopter qəzaya uğrayıb, ölən var Çində güclü zəlzələ baş verib, ölənlər var Ukraynada terror aktı: Ölənlər var - VİDEO Qazaxıstanda silah-sursat anbarında partlayışda ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB - 2 Bolqarıstanda silah zavodu partlayıb - Ölən var Bakıdakı güclü yanğın söndürüldü - YENİLƏNİB Yaponiyanın Atom Elektrik Stansiyasında yanğın olub Günvurmalarla bağlı müraciətlərin sayı açıqlanıb Haitidə fövqəladə vəziyyət rejimi tətbiq edilib Rusiyada avtobusda partlayış: 18 yaralı, 1 ölü Rusiyada göyərtəsində 16 nəfərin olduğu helikopter qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var Türkiyədə sel və torpaq sürüşməsi (VİDEO) İran Prezidenti yeni kabinet üzvlərinin siyahısını məclisə təqdim edib Türkiyədə 208 yanğından 196-sı nəzarət altına alınıb Ağsuda dağlıq ərazidə başlayan yanğın meşəliklərə yaxınlaşır Yardımlı meşəsində YANĞIN Bakı metrosunda hərəkət bərpa olunub - YENİLƏNİB Ukraynada təyyarə evin üstünə düşüb, 4 nəfər ölüb