Qobustanda yağan leysan yağışlar bir sıra fəsadlar törədib

Qobustanda yağan leysan yağışlar bir sıra fəsadlar törədib

Dünən günün ikinci yarısında Qobustan rayonunda yağan leysan yağışları bir sıra fəsadlar törədib.
 
Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, leysan nəticəsində yaranan sel suları əsasən Xilmilli, Yekəxana, Bədəlli və Təsi kəndlərinə ziyan yetirib.
 
Belə ki, Xilmilli kəndində 27 evin, Yekəxanada 24, Bədəllidə 3, Təsidə isə 1 evin və marketin zirzəmilərinə və köməkçi tikililərə sel suları dolub.
 
Sel suları, habelə Qobustan rayonu ərazisindəki Acıdərə adlanan yerdə türk şəhidliyinin mühafizə hasarına və yaşıllığına da ziyan vurub.
 
Hazırda xüsusi komissiya kəndlərdə dəyən zərəri müəyyənləşdirir, fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
 
 

Google+ WhatsApp ok.ru