Şamaxı sakini donaraq ölüb 06 Yanvar 2016 02:00 Hadisə Şamaxı rayon sakini gecə şaxtalı havada soyuqdan donaraq ölüb. APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Nağaraxana kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Elyayev Mixail Vladimiroviç ötən gecə qardaşı ilə spirtli içki qəbul edərək küçəyə çıxıb və qarlı-şaxtalı havada ayağı sürüşərək yıxılıb. Evə qayıda bilməyən Mixail Elyayev küçədə soyuqdan donaraq ölüb. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Teqlər : #Şamaxı sakini donaraq ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda birmərtəbəli ev sahibi ilə birlikdə yandı Bakıda qətlə yetirilən məşhur qızıl dükanının sahibəsinin evindən külli miqdarda pul və zinət əşyaları aparılıb