Bakıda birmərtəbəli ev sahibi ilə birlikdə yandı

Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli evdə yanğın baş verib.
Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibi 1933-cü il təvəllüdlü Bibixanım Məhəmmədrəhim qızı Rəhimovanın yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Google+ WhatsApp ok.ru