Amerika əhalisi islamofobiyaya qarşı çıxır

ABŞ-ın İndiana ştatında yüzlərlə insan dünən islamofobiya və müsəlmanlara qarşı mənfi yanaşmalarla bağlı maarifləndirməni artırmaq məqsədi ilə  "Bloomington" şəhərində aksiya keçiriblər.
Maide.az xəbər verir ki, bu aksiya İndiana universitetinin tələbələrindən biri "Bloomington" şəhərində bir müsəlman qadına hücum etdikdən sonra baş tutub.
"Bloomington" İslam Mərkəzinin nümayəndəsi Himayətullah Şəhrani deyib: Bir müsəlman qadına hücum etmək bəlkə də bir hadisədir, ancaq bu bir göstəricidir.
O əlavə edib: Bu kimi hadisələrin arxasında mühüm səbəblər dayanır və təəssüflər olsun ki, belə insidentlər az deyil.
Aksiya iştirakçıları küçələrdən keçərək "Monroe County» məhkəməsinin qarşısında toplaşıb və  bu hadisə ilə əlaqədar Cəmiyyət rəhbərlərinin çıxışlarına qulaq asıblar.
İndiana universitetinin antropologiya professoru Nəzif Şəhrani deyib: Biz öz şagirdlərimizə ən ibtidai həqiqətləri, yəni dözümlülüyü və tanımağı öyrədirik. Biz hesab edirik ki, bu tələbə yeganə günahkar deyil, və Cəmiyyət də məsuliyyət daşıyır. Bu, bizim təhsil sistemimizin məhsuludur.  /
 

Google+ WhatsApp ok.ru