Amerika bəhreynli insan haqları fəalının azadlığını istədi

Vaşinqtonun Ali-Xəlifə rejimini dəstəkləməsinə baxmayaraq, ABŞ Bəhreyn rəsmilərini bu ölkənin insan haqları mərkəzinin rəhbəri Nəbil Rəcəbi azad etməyə çağırıb.
 
Maide.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Cefri Rakette ötən gün bəhreynli şiə fəal Nəbil Rəcəbin 2 apreldə həbs olunmasına toxunaraq deyib: "Amerika Bəhreyn hökumətinin bu hərəkətindən kəskin nigarandır və bu ölkə hökumətindən istəyir ki, onu dərhal azad etsin." 
 
Bu insan haqları fəalı ötən həftənin cümə axşamı günü yanlış məlumatlar yaymaq və dövlət qurumlarına zərbə vurmaq ittihamı ilə həbs olunub. 
 
Halbuki Nəbil Rəcəbin yaxınlarının dediklərinə görə, onun həbs olunmasının səbəbi, Bəhreyn həbsxanalarında insan haqları üzrə şiə fəallarının işgəncə olunmalarını ifşa etməsi olmuşdur. 
 
Bu bəhreynli fəal bildirib ki, Bəhreyn başçılarının hərəkətlərinin qurbanı olub. Çünki ona azad şəkildə öz düşüncələrini bəyan etmək icazəsi verilməyib. 
 
Nəbil Rəcəb dəfələrlə Bəhreyn rejimi məmurları tərəfindən həbs olunub.

Google+ WhatsApp ok.ru