Yəmən din alimləri Ərəbistanın təcavüzünə qarşı qiyam üçün çağırış etdilər

Yəmənli ruhanilər bu ölkə xalqını Ərəbistanın təcavüzü ilə mübarizə aparmağa çağırıblar.
 
Maide.az xəbər verir ki, ruhanilər paytaxt Səna şəhərində "Təcavüzlərə Qarşı Cəmiyyətin Məsuliyyəti" seminarının sonunda bu ölkə xalqından birlik və həmrəyliyi gücləndirməklə səudiyyəlilərin Yəmənə hücumları ilə mübarizə aparmasını istəyiblər. 
 
Yəmənli din alimləri bu seminarın sonunda bildiriblər: Ərəbistanın Yəmənə təcavüzü bu ölkənin bütün xalqını, o cümlədən bütün kütlə, partiya, qrupu hədəfə alıb. Buna görə, xalq Yəmənə qarşı təcavüzlər və İŞİD-lə mübarizə aparmaq üçün səfərbərliyi davam etdirməlidir.

Google+ WhatsApp ok.ru