Amerikada beynəlxalq hicab günü - FOTO

Amerikada beynəlxalq hicab günü - FOTO

Beynəlxaql Hicab günündə yüzlərlə Nyu-Yorkdan olan xanım ABŞ prezidenti Donald Trampın müsəlmanlara qarşı qərarına etiraz əlaməti olaraq və müsəlmanlarla həmrəylik nümayiş etdirmək məqsədi ilə hicab geyinib. 
 
Maide.Az xəbər verir ki, artıq beş ildir ki, Amerikada "Beynəlxalq Hicab Günü" təşkil olunur. "Hicab Günü" qeyri-müsəlman qadınlar müsəlmanlara dəstək məqsədi ilə hicab bağlayır. 
 
Qeyd edək ki, fevralın 1-i "Beynəlxalq Hicab Günü" kimi qeyd edilir. Bu gün dünya üzrə milyonlarla qadına hicab barədə məlumatlar verilir və onlar müxtəlif tədbirlərdə iştirak etməyə dəvət edilir.
 
Hicab gününün qeyd olunması ilə bağlı fikrin müəllifi bir gün qeyri-müsəlman rəfiqələrinə hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nyu-York sakini Nazma Xandır. Nazmanın bu ideyası bütün dünyadan dəstək alıb. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com
 
Böyük Britaniya, Avstraliya, Hindistan, Pakistan, Fransa, Almaniya və digər ölkələrdən olan onlarla qadın hicabla bağlı sullar vermək və müsəlman örtüyünü bir günlük bağlamağa hazır olduqlarını bildirib. 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru