Amerikada bir qaradərilinin edamı

ABŞ-ın Missuri Ştatında qaradərili bir amerikalı barəsində çıxarılan edam hökmü icra edilib.
 
Maide.az-ın Fransa xəbər agentliyinə istinadən verdiyi məlumata görə, daha öncə barəsində Andlılar Məhkəməsi tərəfindən edam hökmü çıxarılan Andre Kul adlı qaradərili amerikalı qətl törətməkdə ittiham olunurdu. O, çərşənbə axşamı günü Missuri ştatında edam olunub. 
 
ABŞ-ın Ali Məhkəməsi və Missuru ştatının meri, irqçi edam hökmü ilə bağlı etirazlara rəğmən, hökmün icrasının təxirə salınması ilə razılaşmayıblar. 
 
12 ağdərilidən ibarət olan Andılar Məhkəməsi Andre Kulu müqəssir hesab edib. 
 
Andlılar Məhkəməsinin 3 qaradərili üzvü isə Andre Kul barədə qərarın çıxarılmasından öncə, kənarlaşdırılıb.
 
Bu, cari ildə Amerikada 12-ci, Missuri ştatında isə 3-cü edam sayılır.

Google+ WhatsApp ok.ru