Amerikada daha bir kilsə yandırılıb

Maide.az CNN-ə istinadən xəbər verir ki, dünən gecə naməlum şəxslər ABŞ-ın Cənubi Karolina ştatında bir kilsəni yandırıblar.
Bu, Cənubi Karolina ştatında qaradərililərin kilsəsindəki atəşaçmadan sonra Amerikanın cənub məntəqələrində yandırılan yeddinci kilsədir.
Hələ bu yanğının amili bəlli deyil. Cənubi Karolina başçılarının dediklərinə görə, bu barədə təhqiqat davam edir.

Google+ WhatsApp ok.ru