ABŞ-ın ən iri casusluq bazasının yaradılması ifşa olunub

Maide.az xəbər verir ki, İraqın "Əl-rəy" xəbər portalının məlumatına görə, kürd siyasi analitik Ribvar Abdullah dünən açıqlamasında Amerika Mərkəzi Kəşfiyyat Agentliyinin ən iri casusluq bazası İraqın şimalındakı Ərbil şəhərində yaradıldığını deyib: "İraq Kürdüstanının başçıları iddia edirlər ki, bu baza amerikalı hərbi təlimatçılara aiddir, amma əslində bu, beynəlxalq bir casusluq bazasıdır. İraq Kürdüstanının başçıları bəzi ölkələr barədə gizli informasiyalar almaq qarşılığında bu bazanın yaradılması ilə razılaşıblar."
 
Abdullahın sözlərinə görə, əldə olunmuş məlumatlara əsasən, Amerika Mərkəzi Kəşfiyyat Agentliyinin yüksək rütbəli zabitləri supermodern süni peyk aparatları ilə yanaşı bu bazada yerləşiblər. Bazanın yaradılmasında məqsəd, İran, İraq və Suriyadan casusluq etməkdir.

Google+ WhatsApp ok.ru