Amerika daha bir silahlı hücum: 3 ölü, 2 yaralı

Amerikada baş verən yeni bir silahlı hücumda ölüm faktının qeydə alındığı bildirilir.
 
Maide.az-ın məlumatına görə, Amerikanın Missuri ştatının cənubunda yerləşən Kanzas şəhərində dünən günortadan sonra baş verən silahlı hücum nəticəsində 3 nəfər öldürülüb, 2-si isə yaralanıb.
 
Polisin məlumatına görə, yaralıların vəziyyəti ağırdır.
 
Qeyd edək ki, hər il Amerikada minlərlə insan məruz qaldıqları silahlı hücum nəticəsində dünyasını dəyişir və son vaxtlarda bu cür hücumlarda hədsiz artım müşahidə edilir.
 
14 dekabr 2012 tarixindən 31 sentyabr 2013-cü il tarixinə qədər Amerikada 12 min insan silahlı hücum nəticəsində öldürülüb.

Google+ WhatsApp ok.ru