Bəhreyndə nümayişlər davam edir

Bəhreyn xalqı yeni aksiyalara başlayaraq, siyasi məhbusların azad edilməsini tələb edirlər.
 
Maide.az-ın "əl-Vifak" internet saytına istinadən verdiyi məlumata görə, Bəhreyn xalqı dünən də Bəni Cəmrə, Sitrə, Səmahiç və Əli kimi ölkənin müxtəlif bölgələrində rejim əleyhunə aksiyalar keçirərək, Ali Xəlifə rəhbərliyinin insanlıq xarici addımlarını qınayaraq, siyasi məhbuslara işgəncəyə son verilməsini və ən qısa zamanda sərbəst buraxılmalarını tələb ediblər.
 
Bəhreyn insan haqları fəallarından Məryəm əl-Hoca və Abdul Hadi əl-Hocanın fotoşəkillərini əllərində nümayiş etdirən aksiya iştirakçıları siyasi fəallar və məhbusların dəstəklənilməsi istiqamətində şüarlar səsləndiriblər.
 
Qeyd edək ki, Bəhreyn təhlükəsizlik qüvvələri daha əvvəl Mənama hava limanında təhlükəsizlik işçilərinə təhqir etməsi bəhanəsiylə siyasi fəal Məryəm əl-Hocanı həbs etmişdi. Onun atası Abdul Hadı əl-Hoca isə 2011-ci ilin martında hökumətə qarşı sui-qəsd ittihamı ilə həbs edilib.

Google+ WhatsApp ok.ru