Amerikada iki mərtəbəli məscid təmir edilir

Amerikada iki mərtəbəli məscid təmir edilir

ABŞ-ın Atlantik okeanının sahilində yerləşən ərazidə yeni ikimərtəbəli məscidin və ictimai mərkəzin tikintisinə start verilib.
 
Maide.Az-ın xarici mediaya istinadən məlumatına əsasən, tikinti işləri Rod-Aylend ştatında aparılır.
 
Layihə şəhərin artan müsəlman icması üçün nəzərdə tutulub. Şəhərin Planlaşdırma komisiyası məscidin layihəsini mart ayından bəyənib.
 
2010-cu ildə tikintisi başlanan ikimərtəbəli məscid 464 kv m olacaq və tikintisinə 800 000 dollar pul xərclənəcək. Məscidin üzvləri yeni binaya maddi yardım etmək üçün xeyriyyə aksiyaları təşkil edirlər. Maliyyə vəsaiti toplanarsa yaxın vaxtlarda məsciddə işlərin yekunlaşacağına ümid edilir.
 
Yeni ictimai mərkəz yaşlı və gənc müsəlmanların artan təlabatlarını ödəyəcək. Məscidin layihəsinin təşəbbüskarları deyirlər ki, mərkəzdə müsəlman gəncləri üçün məktəbdən sonra təlim proqramı da təşkil oluna bilər. 
 
Həmçinin mərkəzin nəznində idman zalıda mövcud olacaq. /

Google+ WhatsApp ok.ru