Amerikada müsəlman qadınlar özünü müdafiə etmək üçün döyüş fəndləri öyrənir

Özünü dünyada “demokratiyanın beşiyi” kimi təqdim edən Amerikada müsəlman qadınlar özlərini müdafiə etmək üçün özünü müdafiə fəndləri öyrənməyə məcburdur.  
 
 
Maide.az xəbər verir ki,  ABŞ-da ən böyük və ən nüfuzlu müsəlman sosial və insan hüquqları təşkilatı olan “Amerika-İslam Əlaqələri Şurası” -nın sözçüsü İbrahim Hoper deyib ki, müsəlman qadınlar cəmiyyətdə özlərini qorumağı bacarmalıdır, elə buna görə də müsəlman qadınlar özünü müdafiə etmək üçün döyüş fəndləri öyrənir. . 
 
 İ.Hoper deyib ki, Amerikada müsəlmanlara qarşı hücumlar son aylar 3 dəfə artıb və hücumlara məruz qalanların 80 faizi isə qadınlardır. “ İŞİD terror qruplaşmasının Parisdə və Kaliforniyanın  San Bernardino şəhərində törətdiyi terror aktlarından sonra  ABŞ-da müsəlmanlara qarşı hücumlar və cinayətlər artıb. Prezidentliyə namizəd Donald Trampın İslam və müsəlmanlara qarşı çıxışları vəziyyəti bir azda pisləşdirib”. 
 
İ.Hoper deyib ki, özünü müdafiə fəndlərinin öyrənilməsi ona görə lazımdır ki, qadınlar islamofob hücumların qarşısında özlərini cəmiyyətdə müdafiə edə bilsinlər. “Müsəlman qadınların, özlərini  Amerikada (cəmiyyətdə) müdafiə etmək üçün özünü müdafiə fəndləri öyrənmək məcburiyyətində qalması çox üzücü və narahat edici məsələdir.” /
 

Google+ WhatsApp ok.ru