İstanbulda PKK-ya qarşı əməliyyat: 15 həbs

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi briqadaları Gaziosmanpaşa və Sultanqazi rayonlarında PKK-nın gənclər təşkilatı olan Vətənpərvər İnqilabçı Gənclər Hərəkatına qarşı əməliyyat keçirib.
 
Maide.az xəbər verir ki, əməliyyat çərçivəsində iki rayonda 25 ünvana eyni zamanda  basqın edən xüsusi təyinatlılar 9-u 18 yaşından kiçik ümumilikdə 15 şübhəlini həbs edib. Polis dəstələrinin apardığı axtarış zamanı 1 tapança, 2 tüfəng, çoxlu sayda güllə və müxtəlif təşkilati proqramlar müsadirə olunub.
 
Saxlanılan 18 yaşından kiçik 9 şübhəli, Uşaq Şöbə İdarəsinə aparılaraq sorğu-sual edilib. 6 şübhəli isə Terrorla Mübarizə İdarəsinə aparılıb. Şübhəlilərə qarşı polis əməliyyatları davam edir.

Google+ WhatsApp ok.ru