Amerikada silah insidenti 3 nəfərin ölümünə səbəb olub

ABŞ-da silahlı bir hücumda 3 nəfər həlak olub.
 
Maide.az xəbər verir ki, dünən Tensi ştatında yaşanan bu insidentdə şübhəli bilinən bir şəxs və bir uşaq yaralanıb. 
 
Solivan bölgəsinin polis sözçüsü Lesli İrhart silahdan atəş açmaqda şübhəli bilinən şəxsin polis tərəfindən həbs olunmasına işarə edərək deyib: "Şübhəli bilinən bu şəxsin kimliyi hələ bu saata qədər dəqiqləşməyib, lakin hadisəyə qurban gedənlərlə əlaqəsinin olduğu inkar edilmir." 
 

Google+ WhatsApp ok.ru