Nigeriyada “Boko Haram” liderləri olduqları ehtimal edilən 20 şəxs saxlanılıb

Nigeriya xüsusi xidmətləri ölkə ərazisində bəzi böyük terror aktlarının təşkilinə rəhbərlik etdiyi ehtimal olunan “Boko Haram” terror qruplaşmasının 20 liderinin həbsi fonunda radikal qruplaşma ilə mübarizədə nəzərəçarpacaq irəliləyiş barədə məlumat verib.
 
Ölkənin Təhlükəsizlik Departamentindən bildirilib ki, lider mövqeyini tutan 20 qrup üzvü 8 iyul-25 avqust tarixlərində Laqos, Kano, Plato, Enuqu və Qombe ştatlarında həbs ediliblər.

Google+ WhatsApp ok.ru