Amerikada İspan dilli müsəlmanlar üçün ilk İslami Mərkəz fəaliyyətə başladı -FOTO

Latın Amerikası ölkələrindən olan müsəlmanlar və ispan dilli müsəlmanlar üçün ilk dəfə olaraq ABŞ-ın Houston şəhərində İslami Mərkəz fəaliyyətə başlayıb.. 
Maide.az xəbər verir ki, “İspan dilində İslam” QHT-sinin təşəbbüsü ilə yaradılan bu mərkəz  Latın Amerikasından olan və ispan dilli şəxslərə İslam təlimlərini keçmək məqsədi ilə yaradılıb. 
İslami Mərkəzin  məscidi, muzeyi, sərgilər təşkil etmək üçün salonu və  incəsənət studiosu (Art Studio) var. Mərkəz Amerikada hər gün artmaqda olan ispan dilli müsəlmanların dini təlimlərlə bağlı ehtiyaclarını təmin etmək məqsədi ilə yaradılıb. /
 
 
 

Google+ WhatsApp ok.ru