Rus qırıcısl İsveç təyyarəsini qorxutdu

İsveç Baş Qərargah rəisi Maykl Byden Rusiya qırıcısının Baltik dənizi üzərində İsveç döyüş təyyarəsinə həddindən artıq çox yaxınlaşdığını açıqlayıb.
 
Maide.az-ın məlumatına görə, İsveç rəsmi xəbər agentliyi TT-nin xəbərinə görə, Byden, Rusiyanın SU-27 tipli döyüş təyyarəsinin Baltik dənizi üzərində və Danimarkanın Bornholm adası yaxınlığında, İsveçin ASC 890 tipli döyüş təyyarəsinə təcavüz sayılacaq qədər yaxınlaşdığı məlumatını verib.
 
Xəbərdə bildirilir ki, xəbərdarlıqları nəzərə almayan Rusiya təyyarəsi İsveçə məxsus "Gripen" tipli iki döyüş təyyarəsinin havaya qalxmasından sonra ərazini tərk edib.
 
Hadisənin 15 gün əvvəl baş verdiyini bildirən Byden, bir müddət hadisəni gizlətsələr də, təcavüzün təhlükəli bir ölçüdə baş verdiyini düşündükləri üçün ictimaiyyətə açıqlamağa ehtiyac duyduqlarını ifadə edib.

Google+ WhatsApp ok.ru