Amerikalı müsəlman dənizçinin islamfobiya ilə mübarizəsi

Amerikalı müsəlman dənizçinin islamfobiya ilə mübarizəsi

Amerika Hərbi Dəniz Qüvvələrinin müsəlman dənizçisi ölkədə islamfobiya ilə mübarizə üçün yeni bir təşəbbüsə əl atıb. 
 
Maide.Az xəbər verir ki, üzərində “mən Hərbi Dəniz Qüvvələrinin müsəlman dənizçisiyəm, nə sualınız varsa soruşun” yazılmış tablonu tutaraq şəhərləri və qəsəbələri gəzir. 
 
Mənsur Şəms adlı müsəlman dənizçi İslama qarşı mənfi münasibətlərin olmasına baxmayaraq düşünür ki, edə bilər bu işi ilə insanların İslam haqqındakı yalnış düşüncələrini dəyişsin və onları İslamı tanımağa maraqlandırsın. “Məndən soruşulan suallar əsasən şərii qaydalar, qadınların hüquqları və İŞİD haqqındadır. Düşünürəm ki, əgər bu işimlə bir nəfərin belə fikirlərində dəyişiklik edərəmsə, bu kifayətdir. Düşünürəm işim faydalıdır. Amerikanın yeni prezidenti Donald Trump öz sözləri ilə İslama qarşı aqressiv hərəkətlərin artmasına səbəb olub, İslam bizə ölkəmizə vəfadarlıq və onu müdafiəsini öyrədir”.
 

Google+ WhatsApp ok.ru