Ermənistanın əsas ixrac `məhsulu` - ermənilər

Ermənistanın əsas ixrac `məhsulu` - ermənilər

Erməni saytlarından birində Ermənistanın demoqrafik vəziyyəti ilə bağlı maraqlı statistika açıqlanıb. Məlumata görə, 2016-cı ilin avqust və sentyabr ayında Ermənistandan Avropaya köçənlərin sayı 9 ilin ən yüksək göstəricisidir. Əgər 2008-ci ildə hər ay Ermənistandan Avropa ölkələrinə köçənlərin sayı 385 nəfər idisə, keçən ilin avqust ayında ölkəni 1110, sentyabr ayında isə 1185 nəfər tərk edib. Köçənlərin əksəriyyəti 18-34 yaşlarında olan gənclərdir. Ən maraqlısı odur ki, ötən il bir qrup silahlının İrəvan yaxınlığında polis məntəqəsini ələ keçirməsi hadisəsi köçün artmasına səbəb olub.
 
Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
 
Onun sözlərinə görə, indiki prezidentin dövründə ölkədən gedənlərin sayı daha əvvəlki illərlə müqayisədə təxminən 2 dəfə çox olub: "Serj Sarkisyanın hakimiyyətdə olduğu 2008-2015-ci illər arasında Ermənistanı 300 minə yaxın insan tərk edib. Keçmiş prezident Robert Koçaryanın prezident olduğu 1998-2008-ci illərdə isə Ermənistanı 135 min insan tərk etmişdi. Bu rəqəmlər onu göstərir ki, Köçəryanla müqayisədə Sarkisyanın hakimiyyəti dövründə Ermənistanı tərk edənlərin sayı iki dəfə artıb".
 
 
Ekspertin fikrincə, Ermənistan vətəndaşlarını ölkəni tərkə iki başlıca səbəb vadar edir: "Birinci səbəb ağırlaşan iqtisadi və sosial durumdur. İnsanlar yaxın gələcəkdə vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə inanmırlar. Bunun üçün resurs yoxdur. Ermənilər inandıqları və etibar etdikləri hakimiyyətı formalaşdırsalar belə, həmin hakimiyyət əlindəki resursla vətəndaşlarının həyatını müsbətə doğru dəyişə bilməyəcək.
 
 
İkinci səbəb isə cəbhə bölgəsindəki ağır vəziyyətdir. Ermənistanla Azərbaycan arasında sülh olmadığına görə Dağlıq Qarabağ ətrafında vəziyyət gərgin olaraq qalacaq.  Ermənistan ordusu hər gün itki verir. Müharibə və lokal toqquşmalar ehtimalı yüksəkdir. Ona görə də erməni gənclər Ermənistandan kənarda - Dağlıq Qarabağda ölmək perspektivindənsə ölkəni tərk etməyə üstünlük verirlər.
 
Bu iki səbəb Azərbaycanı işğalçı Ermənistana qarşı təzyiqi artırmağa həvəsləndirir". /

Google+ WhatsApp ok.ru