Amerikalı yazıçı: `Türkiyə kimyəvi silahdan istifadə edib`

Amerikalı yazıçı Seymour Hersh Suriyada istifadə edilən kimyəvi silahların "terrorçu təşkilatlar və Türkiyə" aid olduğunu iddia edib.
 
Maide.az xəbər verir ki, Suriyanın keçdiyi böhrandan çıxacağını bildirən Hersh, müxalifəti də Suriya hökumətilə danışıqlar aparmağa dəvət edib.
 
İordaniyanın paytaxtı Əmmanda keçirilən "Areej" Şəbəkəsi 7-ci Simpoziumunda iştirak edən Hersh, "Suriya hazırki böhrandan çıxacaq, müxalifəti də yeni hökumətin qurulması üçün Suriya hökumətilə danışıqlar aparmasını istəyirəm", - deyib.
 
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Hersh çıxışlarında ABŞ prezidenti Barak Obamanın Suriya Ərəb Ordusunu vətəndaşlara qarşı kimyəvi silah istifadə etməkdə günahlandırması barədə yalan söylədiyini, həqiqətdə isə istifadə edənlərin terrorçu təşkilatlar və Türkiyə olduğunu iddia edib.
 
Amerikalı yazıçı sözügedən silahların Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı ilə əməkdaşlıq çərçivəsində daha sonra Suriya Ərəb Ordusunun təslim etdiyi silah növlərinə bənzəmədiyini vurğulayıb.

Google+ WhatsApp ok.ru