Amerika məktəblərində islami hicabın təqdimatı

Amerika məktəblərində islami hicabın təqdimatı

Amerikalı müsəlman şagird Əminə Braun, həmişə digər şagirdlərin onun hicabına heyrət və sorğu ilə tikilmiş gözlərinin hədəfi olduğu üçün, qərara gəlib ki, onları hicabla tanış etsin. 
 
Maide.Az xəbər verir ki, Amerikanın İndiana əyalətinin "Grinvud" məktəbinin müsəlman şagirdlərindən olan Əminə Braun digər şagirdləri islami hicab barədə məlumatdırmaq və hicabla tanış etmək məqsədilə məktəbdə günorta yeməyi fasiləsində sinif yoldaşları olan qızlara hicab örtməyi imtahan etmələrini təklif edib.
 
O, bu barədə məktəb rəhbərliyindən icazə almış və həmçinin müəllimlərinin təşviqi ilə günorta yeməyi üçün fasilə zamanı sinif qızlarına islami hicab barədə və hicabın əhəmiyyəti haqda məlumlatlar vermiş və həmçinin onlara hicab örtmək qaydalarını öyrətmişdir. O, özü ilə məktəbə apardığı hicab örtükləri və yaylıqları qızlara təqdim etmiş və onlara hicabı taxmaqda köməklik göstərmişdir.
 
Əminə Braun şagirdlərə hicab barədə məlumat verərək, onlara izah edib ki, Quran-Kərim qadınların həya və iffətini qorumaq üçün onlara hicab örtməyi vacib edib və hicab imanlı olmaq üçün mühüm bir yoldur.
 
O, mətbuat ilə müsahibəsində deyib: "Məktəb şagirdlərinin əksəriyyəti İslam dini barədə çox da məlumatlı deyil. Bizim bu kimi xırda addımlarımız ilə onlar yavaş- yavaş İslam dini haqqında bir çox məlumatlar əldə edəcək. Onlar İslam dini haqqında doğru məlumatlara sahib olarlarsa, müsəlman şagirdlər haqqında yanlış düşünməzlər. Bu kiçik təcrübə səbəb oldu ki, onlar dərs ilinin sonunda İslam dini barədə daha gözəl məlumatlar ilə məktəbdən ayrılsın. (iqna)
 
 
 
 
 

Google+ WhatsApp ok.ru