Amerika müsəlmanları Parisdəki terror aktlarını pisləyiblər

ABŞ-ın ən böyük müsəlman müdafiə təşkilatı sayılan Amerika-İslam Əlaqələri Şurası dünən gecə Parisdə baş verən terror aktlarını pisləyən bəyanat yayıb.
 
Maide.az xəbər verir ki, Amerika-İslam Əlaqələri Şurası çoxsaylı insan itkisi ilə nəticələnən bu hadisəni pisləyərək qeyd edib: Bu tip qəddar və iyrənc hücumlar istər Parisdə baş versin, istər Beyrutda və ya istənilən başqa bir şəhərdə, vəhşicəsinə və qbuledilməzdir.
 
Şura bildirib: Biz bu kimi iyrənc cinayətləri ən kəskin şəkildə pisləyir və hadisə qurbanlarının ailələrinə, eləcədə bütün Fransa xalqına başsağlığı veririk.
 
Şura vurğulayıb ki, bu qorxunc hücumları törədənlər müəyyən edilərək qanun qarşısına çıxarılmalıdır./

Google+ WhatsApp ok.ru