İŞİD Parisdəki terror partlayışlarına görə məsuliyyəti öz üzərinə götürdü

Parisdə baş verən 7 terror partlayışları nəticəsində 153 nəfərdən çox insan həlak olub, onlarla yaralı var.
Maide.az xəbər verir ki, Ötən gecə bir neçə terrorçu 7 əməliyyat keçirərək, fransızlara qanlı bir gecə yaşadıblar. Terrorçular təkcə bu əməliyyatlardan birində “Batalkan” teatrının zalında çoxsayda insanı girov götürdükdən və atəş açqıdan sonra 70 nəfərin həyatına son qoyublar.
Fransa polisinin məlumatına görə, yaralılardan bir qisminin vəziyyəti ağırdır və ölənlərin sayının artacağı istisna edilmir.
Fransa prezidenti Fransua Olland G20 sammitində iştirak etmək üçün Türkiyə səfərini ləğv edərək, Fransanın bütün sərhədlərinin bağlanması haqda göstəriş verib.
Hal-hazırda Paris şəhəri hərbi qarnizona çevrilib və şəhər meri əhalini öz evlərindən çıxmamağa çağırıb.
İŞİD terror qruplaşması öz sosial səhifələrində bu terror aktına görə məsuliyyəti öz üzərinə götürməklə, bildirib ki “bu, Fransanın 11 sentyabrıdır”.  /

Google+ WhatsApp ok.ru