Amerika müsəlmanlarının neçə faizi seçkilərdə səs verəcək?

Amerika –İslam Əlaqələndirici Şurası  bu ölkədə yaşayan müsəlmanlar arasında sorğu keçirib. 
Maide.az xəbər verir ki, sorğuda iştirak edənlərdən onların seçkilərdə səs verib-verməyəcəyi və kimə səs verəcəkləri soruşulub. Sorğuda Amerikanın müxtəlif bölgələrindən  o cümlədən California, Illinois, Virginia, New York, Florida və Texas ştatlarından 2000 müsəlman  iştirak edib. 
Sorğunun nəticələrinə görə, Amerika müsəlmanlarının 74 fauzu seçkilərdə  iştirak edən namizədlərə səs verəcəyini bildirib. Onlar  islamofobiyanın artmasına qarşı mübarizəni  gücləndirmək məqsədi ilə seçkilərdə səs verəcəyini bildiriblər. 
Sorğuda iştirak edənlərin 67 faizi demokratlar partiyasını və 15 faizi isə respublikaçılar partiyasının namizədinə səs verəcəyini bildirib.
Amerikada Respublikaçı namizəd  Donald Trumpun Amerikaya müsəlmanların girişinə qadağa qoyulmasına dair sözlərindən sonra islamofob hərəkətlər dahada artıb.  Amerika –İslam Əlaqələndirici Şurası D.Trumpun bu çıxışını tənqid edib və onun bu sözlərini ölkədə islama qarşı hərəkətlərin artmasına səbəb olduğunu bildirib. /
 

Google+ WhatsApp ok.ru