Bəhreyn inqilabının ildönümü günü ərəfəsində xalq kütləvi tətillərə hazırlaşır

Bəhreyndə bir qrup inqilabçı hərakat əhalini cümə günü fevralın 12-i yerli vaxtla gecə saat səkkizdən fevralın 14-ü gecəyədək tətilə çağırıb. 
 
Maide.az xəbər verir ki, Manama Post xəbər portalının məlumatına görə, Bəhreynin 14 fevral gəncləri,   Əlvəfa islami hərəkatı, Əhrar Əl-Bəhrəyn hərəkatı, Xilas hərəkatı, İslami Əməl cərəyanı və Haqq hərəkatı koalisiyası  bu çağırışı edib. 
Bəhreynin inqilabçı qrupları bu bəyanatda həmçinin  üç gün "hüquqi itaətsizlik" müddətində ticarət obyektlərində, banklarda və dövlət müəssisələrində işin dayandırılmasını, tibb işçilərindən başqa əhalini iş yerlərinə, məktəb və universitetlərə getməkdən çəkinməyə çağırıb.  
 
İnqilabçı qruplar həmçinin Bəhreyn xalqından istəyiblər ki, üç gün "hüquqi itaətsizlik" müddətində yanacaqdoldurma məntəqələrinə müraciət etməsin, avtomobillə hərəkətdən çəkinsin və Bəhreynin müxtəlif meydanlarına, xüsusən Manama şəhərindəki meydanlara və şəhidlər meydanı ətrafına toplaşsınlar.
 
Qeyd edək ki, Bəhreyndə  2011-ci ilin fevralın 14-dən indiyədək Ali-Xəlifə hökumətinə qarşı xalq etirazları davamedir. Xalq azadlıq, ədalətin bərpası, ayrı-seçkiliyin aradan qaldırılması və ölkədə seçkilər yolu ilə bir quruluşun hakimiyyətə gəlməsini tələb edirlər. ./
 

Google+ WhatsApp ok.ru