Amerikanın çox gizli peyki orbitdə buraxılıb - VİDEO

Amerikanın çox gizli peyki orbitdə buraxılıb - VİDEO

ABŞ-ın aerokosmik Spacex şirkəti bazar ertəsi bildirib ki, kəşfiyyat peyki "Falcon-9" daşıyıcı raket vasitəsi ilə orbitə çıxarıb. 
 
Maide.Az xəbər verir ki, ABŞ çox gizli “NROL-76”  peyki orbitə çıxarmaq üçün bu ölkənin Florida ştatındakı Keyp Kanaveral Hərbi Hava Qüvvələrinə məxsus stansiyadana orbitə buraxıb. 
 
Orbitə buraxılmış peyk ABŞ Müdafiə Nazirliyinə (Pentaqona) məxsus peyk olub.  
 
Şirkətin məlumatına görə, raketin uğurla yerə enib.
 
Spacex şirkəti aerokosmik sahəsində inqilab etmək ardıncadır. Belə ki, şirkət  orbitə buraxılmış raketi yenidən yerə endirib ondan daha bir dəfə istifadə etmək üçün milyardlarla dollar vəsait xərcləyib. İlkin mərhələlərdə raketi yerə endirməkdə uğursuz olsa da, bu şirkət bir neçə dəfə raketi uğurla yerə endirə bilib. /

Google+ WhatsApp ok.ru