Amerika paytaxtında aksiya

Yüzlərlə Amerikalı  ölkənin paytaxtında siyasi korrupsiyaya etiraz olaraq, aksiya keçirib.
 
Maide.az xəbər verir ki, Press TV-nin məlumatına görə, Amerikanın paytaxtı Vaşinqton şəhəri əhalisi  cümə günü bu şəhər küçələrinə çıxaraq, ölkədəki siyasi korrupsiyanı və pulun siyasətə hakim kəsilməsini pisləyib.
 
Amerikalı etirazçılar şüarlar verərək, qüdrət bandalarının maliyyə mənbələrinin onların həyatlarına təsirli olmaları və övladlarının taleyini təyin etmələrinə narahatlıqlarını bildiriblər.
 
Etirazçılar  amerikalı rəsmilərin öz siyasi hədəflərinə çatmaq üçün demokratiya kimi sözlərdən sui-istifadə etmələrini pisləyiblər.
 
Eyni zamanda, polis məmurları hüquq fəallarının aksiyaçılara qoşulmalarına reaksiyada təqribən yüz qırx amerikalını Vaşinqton Di Si-də həbs edib.
 
ABŞ Dövlət Katibi ötən çərşənbə günü müxtəlif dünya ölkələrini insan haqlarını pozmaqda ittiham edərək, bu barədə xəbərdarlıq etdiyi vaxta  ABŞ-ın özündə polis etirazçılara  güc tətbiq edir və onların hüquqlarını pozur.
 
Ötən bir ildə Amerikada korrupsiya, təcavüz və işgəncələrlə bağı  2600-dan çox cinayət işi təşkil olunub
 

Google+ WhatsApp ok.ru