Bəhreynli fәallardan diktator rejiminə qarşı maraqlı bir etiraz aksiyası

Bəhreyn xalqı Ali-Xəlifə diktator rejiminə etirazlarını fasiləsiz olaraq davam etdirir.
Deyerler.org xəbər verir ki, bəhreynli fәallar Əl-Musalla qəsəbəsində diktator Kral Hamad bin İsa əl-Xəlifəyə etiraz olaraq adını prospekt boyu yerə yazıblar. Bununla da "Bir gün belə devriləcəksən!" mesajını veriblər.
Bəhreynin digər şəhərlərində də etiraz aksiyaları davam etməkdədir. Xalqın əsas tələbi Bəhreyn rejiminin həbsxanalarında olan siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılması və demokratik islahatların keçirilməsidir.
 
Qeyd edık ki, 2011-ci ilin fevralın 14-dən etibarən demokratik islahatlar tələbilə Bəhreyn xalqının inqilabi nümayişləri davam etməkdədir.
 

Google+ WhatsApp ok.ru