Amerika İranın 2 milyard dollar dondurulumuş aktivini mənimsəyib

Amerika Ali Məhkəməsi İranın "etdiyi hərəkət" qurbanlarına kompensasiya ödənilməsi bəhanəsiylə bu ölkənin müsadirə olunmuş aktivlərindən  2 milyard dollar həcmində vəsaiti götürüb. 
 
Maide.az xəbər verir ki, Ali Məhkəmə  bu qərarı ötən gün qəbul edib. Qərara əsaən 2 milyard dollar pul  1983-cü ildə Beyrutda baş verən partlayış qurbanlarına kompensasiya kimi ödəniləcək. 
 
Amerika Ali Məhkəməsi  2007-ci ildə  Beyrut partlayışının qurbanlarına 2.65  milyard dollar kompensasiyanın ödəlinməsinə görə qərar çıxarmışdı. Amerika Konqresi 2012-ci ildə bu qərarı təsdiqləmiş və  kompensasiyanın ödənilməsini tələb etmişdi.
 
2014-cü ildə qərar qüvvəyə minmiş və İranın Mərkəzi Bankının müsadirə olunmuş  aktivlərindən 2 milyard dolların çıxarılması təsdiqlənmişdir. 
İranın Mərkəzi Bankı  İran və Amerika arasında 1955-ci ildə imzalanmış sənədi əsas gətirərək  məhkəmənin hökmündən  apellyasiya şikayəti vermişdi. 
 
İran 1983-cü ildə Beyrutda Amerika hərbi hava qüvvələrinin bazasında baş verən partlayışdə əli olduğuna dair iddiaları qəbul etmir.  Partlayış zamanı  241  Amerika hərbiçisi həlak olmuşdur. 
 

Google+ WhatsApp ok.ru