Son 100 ildə ilk dəfə ABŞ dolları üzərində qadın şəkilləri olacaq 21 Aprel 2016 01:00 Dünya Son 100 ildə ilk dəfə ABŞ dolları üzərində qadın şəkilləri olacaq. Maide.az xəbər verir ki, bunu Birləşmiş Ştatların maliyyə naziri Ceykob Lyu bildirib. 20 dollarlıq kağız əsginaslar üzərində XIX əsrdə köləlik əleyhinə hərəkatın qəhrəmanı sayılan və vaxtikən qul olan zənci qadın Harriyet Tabmenin şəkili öz əksini tapacaq. Onun şəkili banknotun ön tərəfində yer alacaq. Kağız pulun arxa tərəfində isə əvvəlki kimi Ağ ev və ABŞ-ın 7-ci prezidenti Endryu Ceksonun portreti olacaq. Nazir qeyd edib ki, yeni 20, 10 və 5 dollarlıq əsginasların yekun dizaynı qadınlara səs hüququ verən Konstitusiyaya 19-cu düzəlişin 100 illiyinin qeyd ediləcəyi 2020-ci ilədək tam hazır olacaq. Ceykob Lyunun bildirdiyinə görə, yeni 10 dollarlıq banknotlarda sufrajizm hərəkatının qadın qəhrəmanlarının xəzinə binası qarşısında təsviri öz əksini tapacaq.(report.az) / Teqlər : #Son 100 ildə ilk dəfə ABŞ dolları üzərində qadın şəkilləri olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Amerika İranın 2 milyard dollar dondurulumuş aktivini mənimsəyib Həzrəti Abbasın yeni zərihi - Foto
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO