Amerika terrorçulara hərbi təhsil verilməsini dəstəkləyir

Ərəb mediası Amerikanın Suriyada hava hücumları üçün terroristlərə Amerikada təhsil verdiyini yazıb.
 
Maide.az xəbər verir ki, "Əl-Məyadin" televiziyası Amerikanın Arizona ştatında Amerika təhlükəsizlik və hərbi xidmətlərinin tam nəzarəti altında terrorçulara Suriyada hava hücumları etmək üçün pilot təhsilinin verildiyini deyib.
 
Xəbərə görə, haqqında danışılan təhsillər Arizonanın səhra bölgəsində aparılır. Təhsillərdə terrorçulara müasir döyüş təyyarələrinin tanıdıldığı və haqqında danışılan təyyarələrin də təhsil daxilində yer aldığı bildirilir.
 
"Əl-Məyadin" etibarlı mənbələrə əsaslanaraq verdiyi xəbərdə, terrorçulara verilən bu təhsilin Amerikanın hava hücumlarında uzun illər işləmiş təcrübəli və təqaüdçü heyəti tərəfindən verildiyinə diqqət çəkib.

Google+ WhatsApp ok.ru