İtaliya kürdləri öyrətmək üçün İraqa əsgər göndərəcək

İtaliya müdafiə Naziri Roberta Pinotti İŞİD terror təşkilatına qarşı kürdləri öyrətmək üçün İraqa hərbi heyət göndərəcəyini açıqlayıb. Maide.az-ın məlumatına görə, nazir Roberta Pinotti Parlamentdəki Müdafiə və Xarici İşlər Komissiyası yığıncağında İraqın Ərbil bölgəsinə 280 hərbi məsləhətçi və təlimçi göndərəcəklərini açıqlayıb.
 
Əsgərlərlə birlikdə İraqa 2 Predator tipli pilotsuz təyyarə və təyyarələrə havada yanacaq vurulmasını təmin edən bir KC-767 tanker təyyarəsi göndəriləcək.

Google+ WhatsApp ok.ru