Amnesty International: `Nigeriyada ordu 350 nəfəri öldürərək cəsədləri gizlin basdırıb`

"Amnesty International" beynəlxalq hüquq-müdafiə təşkilatı Nigeriya ordusunun 2015-ci ildə şiələrin qətliamı zamanı törətdiyi  cinayətlərin üstünü açdı.  
 
Maide.Az  xəbər verirki,  "Amnesty International"  öz hesabatında bəyan edir ki, Nigeriya hərbçiləri ölkədə fəaliyyət göstərən İslam Hərəkatı icmasının sıralarında qadın və uşaqların da olduğu 350 üzvünü güllələyərək yandırıb və gizli şəkildə dəfn ediblər.
 
"Amnesty International"  öz hesabatında  kütləvi məzarlıqların peykdən çəkilmiş  şəkillərini də əlavə edib. 
Hadisə ötən ilin dekabrında ölkənin şimalında yaranan münaqişə zamanı baş verib.
Bildirilir ki, ordu bölmələri məhəllələri mühasirəyə alıb və bilərəkdən icma üzvlərini atəşə tutub.
 
Şahidlərin sözlərinə görə, əsgərlər atışmadan sonra yaralanan şəxslərin olduğu xəstəxanaya hücum edərək oranı yandırıblar. Sonradan bir neçə yük maşını meyitləri oradan götürüb və onlar kütləvi məzarlarda dəfn olunublar.
 
"Amnesty International"ın məlumatına görə, məzarlıq Kaduna şəhəri yaxınlığındakı Mando rayonu ərazisindədir.
 
Bu hesabat 2016-cı ilin  fevral ayında araşdırma aparıb.  92 nəfərlə o cümədən hadisə şahidləri,  yaralılar, onların ailələri , vəkillər və   həkimlərlə söhbətlər aparıb.
Qeyd edək ki, ötən həftə  Amnesty İnternational”  təşkilatı  Nigeriya şiələrinin qətliamının araşdırılması  zəruriliyini vurğulamışdı. 
 
Beynəlxalq Amnistiya Təşkilatı öz bəyanatında bildirmişdi ki, Kaduna əyalət rəsmilərinin  şiələrin kütləvi qırğını və gizlin dəfn edilməsi haqqındakı etirafları bu cinayətləri törədənlərin mühakiməsi üçün önəmli addımdır. “Hazırda  lazımdır müstəqil araşdırma komitəsi yaradılsın, kütləvi məzarlıqlar tapılsın  və  araşdırma aparılsın.”
 
Qeyd edək ki, dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Şeyx Zəkzakinin evinə hücum edib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. 
 
Cari ilin  yanvar ayında Nigeriya İslami Hərakatının sözçüsü İbrahim Musa bəyanat yayaraq bildirib ki, bizdə olan siyahıya görə dekabrda baş verən o faciədən sonra 730 kişi və qadın itgin düşüb. “Bu şəxslər ya ordu qüvvələri tərəfindən öldürülüb, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.”
 
İ.Musa deyib ki, Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. 
 
Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları  dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər. 
 
 
 
 

Google+ WhatsApp ok.ru