Lukaşenko: `Biz rusların buyruq qulu deyilik`

"Ruslar, xüsusilə də Rusiya rəhbərliyi anlamalıdır ki, belaruslar onlar üçün buyruq qulu olmaq istəmir. Biz bir evdə yaşayan suveren dövlətik, amma hərəmizin öz otağımız var". Bu fikirləri  Belarus prezidenti Aleksandr Lukaşenko parlamentdə çıxışı zamanı deyib.
 
Prezident Rusiyada Belarusa yuxarıdan aşağı baxan ayrı-ayrı güc və strukturların açıqlamalarının iyrənc olduğunu deyib. Rusiya tərəfin Belarus rəhbərliyini öz maşınqayırma zavodlarını bu ölkəyə satmaqdan imtina etməsi  barədə ittihamlarını cavablandıran Lukaşenko deyib ki, bu, onların şəxsi işidir: "Biz satırıq, ala bilirsinizsə, alın. Bizim də Rusiyada öz maraqlarımız var. Siz də bizə neft yatağı satın".
 
Xatırladaq ki, Belarus Rusiyaya raket qurğuları üçün şassilər satır. Moskva bu şassilərin istehsal olunduğunu zavodu satın almaq üçün müraciət edib, lakin Belarus zavodu satmaq istəmədiyindən ona bazar dəyərindən 10 qat artıq qiymət qoyub. /
 

Google+ WhatsApp ok.ru