Ancelina Coli BMT-ni tənqid etdi (VİDEO)

Amerikalı aktrisa Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) qütbləşmə olduğunu bəyan edib. 
 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi elçisi olan məşhur Hollivud ulduzu Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında vətəndaş müharibəsi dövründə Suriyada 4 milyon insanın qaçqın düşməsinə işarə edərək yaşanan qütbləşməni tənqid edib.
 
“Hazırda dünya Suriyada müdafiəsiz insanları qorumaq üçün çox aciz bir nöqtədədir. Düşünürəm ki, biz orada yanan ocağın küllərindən qalxan pisliyə tamaşaçı kimi baxa bilmərik”, - deyə A.Coli təəssübkeşliyini dilə gətirib.
 
Özünü suriyalılar tərəfində olan biri kimi ifadə edən Coli BMT-yə üzv ölkələrin bu mövzuda həmfikir olmamasını BMT TŞ-nin təsir gücünün zəif olması ilə əlaqələndirib. 
 
Suriyada böhranın başladığı dövrdən bu günə kimi 11 dəfə oradakı qaçqınları ziyarət edən Coli yaşanan dramın həlli üçün qısa zamanda uyğun siyasi qərarların verilməsinin vacibliyini vurğulayıb.
 
Qeyd edək ki, 2012-ci ildə 10 il müddətinə bu vəzifəyə seçilən Hollivud ulduzu üç il ərzində əlli tapşırıq üçün 30 ölkəyə ziyarət edib. Buraya; Suriya başda olmaqla, Pakistan, Əfqanıstan, İraq, Syerra Leone kimi ölkələr də daxildir. 


ans

Google+ WhatsApp ok.ru