Türkiyə Putinin ermənlərin qırğını barədə açıqlamasına reaksiya verdi

Maide.az-ın məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi Rusiya prezidentinin ermənilərin kütləvi qırğını barədəki açıqlamasına reaksiya verərək bəyanat yayım. Bəyanatda deyilir: "Türkiyə belə təsəvvür edir ki, Rusiya "soyqırımı" adlandırılan məsələni daha yaxşı dərk etməli və bu hadisənin hüquqi cəhətlərinə diqqət yetirməlidir. Rusiyanın bu yanlışlığı təkrar etməsi regionda sülh və stabilliyin bərqərar olunmasına kömək etmir." 
 
Xatırladaq ki, Vladimir Putin dünən Ermənistan paytaxtı İrəvanda keçirilən Osmanlı imperatorluğu tərəfindən ermənilərin öldürülməsinin 100 illiyinin anım mərasimində etdiyi çıxışında, "Heç nə bu kütləvi qırğını əsaslandıra bilməz", - demişdi. 

Google+ WhatsApp ok.ru